Imagine dining in a European capital where you do not know the local language. The waiter speaks little English, but by hook or by crook you manage to order something on the menu that you recognise, eat and pay for. Now picture instead that, after a hike goes wrong, you emerge, starving, in an Amazonian village. The people there have no idea what to make of you. You mime chewing sounds, which they mistake for your primitive tongue. When you raise your hands to signify surrender, they think you are launching an attack.
Communicating without a shared context is hard. For example, radioactive sites must be left undisturbed for tens of thousands of years; yet, given that the English of just 1,000 years ago is now unintelligible to most of its modern speakers, agencies have struggled to create warnings to accompany nuclear waste. Committees responsible for doing so have come up with everything from towering concrete spikes, to Edvard Munch’s “The Scream”, to plants genetically modified to turn an alarming blue. None is guaranteed to be future-proof.
Some of the same people who worked on these waste-site messages have also been part of an even bigger challenge: communicating with extraterrestrial life. This is the subject of “Extraterrestrial Languages”, a new book by Daniel Oberhaus, a journalist at Wired.
Nothing is known about how extraterrestrials might take in information. A pair of plaques sent in the early 1970s with Pioneer 10 and 11, two spacecraft, show nude human beings and a rough map to find Earth—rudimentary stuff, but even that assumes aliens can see. Since such craft have no more than an infinitesimal chance of being found, radio broadcasts from Earth, travelling at the speed of light, are more likely to make contact. But just as a terrestrial radio must be tuned to the right frequency, so must the interstellar kind. How would aliens happen upon the correct one? The Pioneer plaque gives a hint in the form of a basic diagram of a hydrogen atom, the magnetic polarity of which flips at regular intervals, with a frequency of 1,420MHz. Since hydrogen is the most abundant element in the universe, the hope is that this sketch might act as a sort of telephone number. | Təsəvvür et ki, Avropa paytaxtlarından birində restoranda nahar edirsən, özü də bu ölkənin dilini bilmirsən. Ofisiant ingilis dilində pis danışır, amma bir vəchlə menyudan tanıdığın bir şey sifariş verə bilirsən. Yeməyini yeyib, pulunu ödəyirsən. İndi isə təsəvvür et ki, çıxdığın gəzintidə yolu azmısan, gəlib Amazon çayının ətrafındakı kəndlərdən birinə çatmısan. Özün də acından ölürsən. Oradakı insanların sənin kim olduğun barədə heç bir fikri yoxdur. Sən üz-gözünü əyə-əyə, ağzını marçıldada-marçıldada səslər çıxarırsan, onlar isə bunu sənin bəsit ana dilin olduğunu düşünürlər. Sən təslim olmaq əlaməti olaraq əllərini yuxarı qaldıranda isə onlar sənin hücuma keçdiyini düşünürlər. Ortaq ünsiyyət dili olmadan ünsiyyət qurmaq çox çətindir. Məsələn, radioaktiv obyektlər onminilliklər ərzində toxunulmaz qalmalıdır; ancaq, nəzərə alsaq ki, cəmi 1000 il əvvəlki ingilis dili hazırda bu dilin müasir daşıyıcılarının əksəriyyəti üçün anlaşılmazdır, o zaman hökumətlər də nüvə tullantılarını müşayiət edəcək xəbərdarlıq nişanları yaratmaqda çətinlik çəkiblər. Bundan məsul olan komitələr hündür beton sədlərdən tutmuş, ekspressionist rəssam Edvard Munkun "Qışqırıq" əsərinə yaxud genetik modifikasiya olunaraq ürküdücü mavi rəngə boyanan bitkilərə qədər hər şeyi sınaqdan çıxarıblar. Bunların heç birinin gələcək üçün perspektivli olacağına zəmanət yoxdur. Tullantıların emalı müəssisələrində xəbərdarlıq nişanları üzərində işləyən insanlardan bəziləri daha ciddi bir problemin içindədirlər: başqa planetlərdə həyatın olub-olmadığını öyrənmək üçün ünsiyyət qurmaq. "Wired" jurnalisti Daniel Oberhausun "Başqa planetlərdə danışılan dillər" adlı yeni kitabının mövzusu da məhz budur. Yadplanetlilərin informasiyanı necə qəbul edəcəkləri barədə heç nə məlum deyil. 1970-ci illərdə ulduzlararası səyahətə göndərilən "Pioner 10" və "Pioner 11" adlı iki kosmik gəminin gövdəsində bir cüt lövhə kosmosa göndərilmişdi. Həmin lövhələrdə çılpaq insanlar və Yer kürəsini tapmaq üçün istifadə ediləcək sxem əks olunmuşdu. Bunlar çox primitiv şeylər idi, lakin bunları belə, yadplanetlilərin görə biləcəkləri ehtimal edilirdi. Bu cür kosmik gəmilərin aşkar edilməsi ehtimalı çox az olduğundan, Yerdən işıq sürəti ilə göndərilən radiosiqnalların yadplanetlilərlə əlaqə yaradacağı daha çox ehtimal edilir. Ancaq Yerdəki radio müvafiq tezliyə keçirilməli olduğu kimi, ulduzlararası radio da eynilə düzgün tezliyə keçirilməlidir. Bəs yadplanetlilər düzgün tezliyi necə tapacaqdılar? "Pioner" kosmik gəmisindəki lövhə 1420 MHz tezliklə, maqnit qütblüyü bərabər vaxt intervalları ilə dəyişən hidrogen atomunun prinsipial sxemi şəklində siqnal göndərir. Hidrogen kainatda ən çox yayılmış element olduğundan, ümid edilir ki, bu eskiz bir növ telefon nömrəsi kimi çıxış edə biləcək. |